13 yaşlı qızı qaçıran kişinin arvadı: \

13 yaşlı qızı qaçıran kişinin arvadı: \"Başqaları ilə də yazışırdı\" - VİDEO

Hazırda oxunan: 13 yaşlı qızı qaçıran kişinin arvadı: \"Başqaları ilə də yazışırdı\" - VİDEO

137574

Xəbər verdiyimiz kimi, Tovuzun 13 yaşlı sakini, Əfsanə Tağıyeva ailə qurmaq məqsədilə ilə Xaçmaz rayonuna qaçıb. Qızın qaçdığı Səfər Kavazov  polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib və onun barəsində cinayət işi açılıb. 

Məlum olub ki, qızın mütəmadi olaraq mesajlaşdığı cəlilabadlı oğlanla onu qaçıran şəxs fərqli adamlardır. Qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 44 yaşı var, ailəli olub.

Bizim.Media xəbər verir ki, İctimai televiziya Kavazovun keçmiş arvadından müsahibə alıb.

"O, həmişə kiminləsə telefonda yazışırdı. Deyirdim "belə etmə", qulaq asmırdı. Bir neçə ay idi ki, biz mübahisə edirdik. Son işində (qız qaçırmaq məsələsini nəzərdə tutur) evdən tamamilə getdi. O insanı mən bu gündən sildim. Bizə qarşı utancverici hərəkət etdi. 3 övladım var. Böyüyü 12 yaşındadır. Heç kəs inanmırdı ki, belə bir addım edib", deyə qadın bildirib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO