Ermənistanda hərbçilərin Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyana dəstək aksiyası keçiriləcək.
Bizim.Media "news.am"a istinadla xəbər verir ki, aksiya martın 6-da saat 13:00-da başlayacaq.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan vəzifəli polisləri yanına çağırdı – “Qasparyan məsələsi” ölkədə çaxnaşma yaradıb
“Müdafiə Nazirliyinin 51191 saylı hərbi hissəsinin keçmiş əsgərləri, əziz silahdaşlarımız, hər kəsi komandirimiz Onik Qasparyana və Ermənistan ordusuna dəstək mitinqinə dəvət edirik.
Aksiya 6 mart saat 13: 00-da Müdafiə Nazirliyinin binası qarşısında baş tutacaq.
Hörmətli həmvətənlər, Ermənistan ordusu veteranları, ehtiyatda olan hərbi qulluqçular, ümidvarıq, çağırılan mitinqə qoşulacaqsınız. Ordumuzun,bu gün bizə ehtiyacı var. Şənbə günü sizi gözləyirik”, - deyə hərbçilərin müraciətində qeyd olunub.
Bizim.Media