Cəlilabadda kişi arı sancmasından öldü

Cəlilabadda kişi arı sancmasından öldü

Hazırda oxunan: Cəlilabadda kişi arı sancmasından öldü

137395

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.  

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Alar kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini Adil Rzayev, öz arılarına qulluq edən zaman, arı yeşiyinin üzərinə yıxılıb. Bu vaxt arılar ona hücum edərək, sancıblar.  

O, Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılsa da, dünyasını dəyişib.  

Yaşlı kişinin ölümünə səbəb arıların sancması ehtimal olunur.  

Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO