Ərdoğandan “Türk Evi”nə hücuma REAKSİYA  

Ərdoğandan “Türk Evi”nə hücuma REAKSİYA  

Hazırda oxunan: Ərdoğandan “Türk Evi”nə hücuma REAKSİYA  

137391

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda “Türk Evi”nə edilən hücuma münasibət bildirib. 

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan hücum edən şəxsi terrorçu adlandırıb. 

Türkiyə Prezidenti  ABŞ hakimiyyətini təcili olaraq hücumçunu tapmağa çağırıb. 

Qeyd edək ki, ABŞ-nin Nyu-York şəhərində yerləşən “Türk Evi”nə hücum edilib. Naməlum bir şəxs əlində dəmir parçası ilə binanın aşağı mərtəbələrinin şüşələrini sındırıb.

Şəhər polisi hadisə ilə bağlı araşdırma aparır. 

Qeyd olunur ki, Türk Evində ölkədəki prezident seçkilərinin ikinci turu ilə bağlı seçki məntəqəsi də fəaliyyət göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO