Millimizin kapitanı Macarıstan klubu ilə müqaviləni uzadır

Millimizin kapitanı Macarıstan klubu ilə müqaviləni uzadır

Hazırda oxunan: Millimizin kapitanı Macarıstan klubu ilə müqaviləni uzadır

137386

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimovanın növbəti mövsümdə harada çıxış edəcəyi bəlli olub.  

Bizim.Media xəbər verir ki, təcrübəli blokçumuz son mövsümdə formasını geyindiyi Macarıstanın "Vasas" klubunda qalıb.  

Millimizin və "Vasas"ın kapitanı ilə müqavilə 2023/2024 illər mövsümü üçün uzadılıb. Bu, Ayşənin Macarıstan klubunda beşinci mövsümü olacaq. 

Qeyd edək ki, Abduləzimova "Vasas"la son mövsümdə Macarıstan çempionatının və kubokunun qalibi olub. Ümumilikdə isə bu ölkədə çıxış etdiyi dörd mövsümdə üç dəfə ölkə çempionu, üç dəfə ölkə kubokunun sahibi, bir dəfə MEVZA-nın çempionu olub, bir dəfə ölkə kubokunun bürünc medalını qazanıb.  
Həmçinin bir çox beynəlxalq yarışlarda qalib olub. Dəfələrlə bu ölkə birinciliyinin "Ən yaxşı blokçusu" və "Ən dəyərli oyunçu"su seçilən Abduləzimova 2022-ci ildə Macarıstanda çıxış edən ən yaxşı əcnəbi qadın voleybolçu mükafatına da layiq görülüb. O, 2020-ci ildən "Vasas"ın kapitanıdır. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO