Deputatlar Türkiyədə seçkilərə hazırlıqla tanış olacaqlar

Deputatlar Türkiyədə seçkilərə hazırlıqla tanış olacaqlar

Hazırda oxunan: Deputatlar Türkiyədə seçkilərə hazırlıqla tanış olacaqlar

137369

Milli Məclisin bir qrup deputatı Türkiyədə prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci mərhələsinə hazırlıqla tanış olmaq üçün bu ölkəyə səfər ediblər. 

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, deputatlar Hikmət Məmmədov, Fatma Yıldırım, Mahir Abbaszadə, Elman Nəsirov, Sahib Alıyev İzmir şəhərində, Tahir Rzayev, Aydın Mirzəzadə, Rəşad Mahmudov, Sevil Mikayılova Antalya şəhərində, Musa Quliyev, Elşad Mirbəşiroğlu, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Arzu Nağıyev, Ramil Həsən İstanbul şəhərində prezident seçkilərinin ikinci turuna hazırlıq və prosesin gedişi ilə tanış olacaqlar. 

Deputat Ramil Həsən bu məqsədlə Antalya şəhərinə də səfər edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO