Sinan Oğan namizədini AÇIQLADI - YENİLƏNİB

Sinan Oğan namizədini AÇIQLADI - YENİLƏNİB

Hazırda oxunan: Sinan Oğan namizədini AÇIQLADI - YENİLƏNİB

137352

“Ata” siyasi blokundan prezidentliyə keçmiş namizəd Sinan Oğan prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini canlı yayımda çıxışı zamanı açıqlayıb. 

Bizim.Media xəbər verir ki, o, Ankarada keçirdiyi brifinqdə hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, "ATA ittifaqı" dünən rəsmi olaraq fəaliyyətini dayandırıb. Bu haqda "ATA ittifaqı"nın üzvü, Ədalət Partiyasının sədri Vecdet Öz bildirib.  

Xatırladaq ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. “Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

Prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. 

18.20

Türkiyənin ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkinin ikinci turunda kimi dəstəkləyəcəyi barədə məlumat verəcəyini açıqlamışdı. 

Bizim.Media xəbər verir ki, S. Oğan qərarını Ankarada keçirilən tədbirdə çıxışı zamanı açıqlayır. 

Bəzi mənbələrin iddiasına görə Sinan Oğan ikinci turda məhz Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini rəsmən elan edəcək. 

Bundan əlavə, Sinan Oğan beş bəndlik protokola imza atacaq. Qeyd edək ki, Sinan Oğan Ərdoğanla görüşdən əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. 

Qeyd edək ki, "ATA ittifaqı" dünən rəsmi olaraq fəaliyyətini dayandırıb. Bu haqda "ATA ittifaqı"nın üzvü, Ədalət Partiyasının sədri Vecdet Öz bildirib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO