Mirzoyan: Bakı və İrəvan sülh müqaviləsinin iki maddəsi üzrə razılığa gəlib

Mirzoyan: Bakı və İrəvan sülh müqaviləsinin iki maddəsi üzrə razılığa gəlib

Hazırda oxunan: Mirzoyan: Bakı və İrəvan sülh müqaviləsinin iki maddəsi üzrə razılığa gəlib

137324

"Ermənistan Azərbaycanla kommunikasiyaları açmağa hazırdır”. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyanın Avropa üzrə dövlət naziri Leo Doçerti ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib. 

Moskvadakı görüşün nəticələri ilə bağlı danışan nazir Cənubi Qafqazda davamlı sülhün qurulmasına hazır olduqlarını vurğulayıb.
Mirzoyan qeyd edib ki, Vaşinqton, Brüssel, Moskva danışıqları intensiv görüşlərin mərhələsi olub. 

Onun sözlərinə görə, Amerikanın paytaxtında keçirilən görüşdə müəyyən irəliləyiş var, sülh müqaviləsinin daha iki maddəsi razılaşdırılıb. 

“Vaşinqton görüşündə sülh müqaviləsinin daha iki maddəsi üzrə razılığa əldə olunub. Daha bir neçə məsələdə razılığa gəlmək şansı var. Amma elə maddələr  var ki, orada tərəflərin mövqeləri çox uzaqdır, onlar ən çətin məsələlərə aiddir”, - deyə Mirzoyan bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO