Ermənistan vətəndaşları İrandan narkotik və silah keçirərkən TUTULDU - FOTO

Ermənistan vətəndaşları İrandan narkotik və silah keçirərkən TUTULDU - FOTO

Hazırda oxunan: Ermənistan vətəndaşları İrandan narkotik və silah keçirərkən TUTULDU - FOTO

137248

Ermənistanın hüquq-mühafizə orqanları İrandan narkotik vasitələrin, eləcə də silah-sursatın ölkəyə gətirilməsi cəhdini müəyyən edərək qarşısını alıb.

Bizim.Media "Sputnik Armenia" nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Milli Təhlükəsizlik Xidməti yayıb.

Əməliyyatçılar müəyyən ediblər ki, Ermənistan vətəndaşı R.P. mayın əvvəlində şəxsiyyəti hələlik müəyyən edilməyən İran vətəndaşı ilə əlbir olaraq narkotik vasitələrin və silah-sursatın qanunsuz idxalını planlaşdırıb.
Onlar Kacaran şəhərinin iki sakinini də öz cinayətkar əməllərinə "qoşublar". Həmin şəxslər Meğri gömrüyündə qadağan olunmuş yükü qarşılamalı idilər. Lakin Meqri yaxınlığında hər üçü Milli Təhlükəsizlik Xidmətinin və Rusiya FTX-nin Sərhəd İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Baxış zamanı onlardan 10 kq heroin, metamfetamin və marixuana, 2 ədəd döyüş tapançası və 20 ədəd patron aşkar edilərək götürülüb. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO