Qırğızıstan Prezidentinin Facebook hesabı sındırıldı

Qırğızıstan Prezidentinin Facebook hesabı sındırıldı

Hazırda oxunan: Qırğızıstan Prezidentinin Facebook hesabı sındırıldı

13708

Qırğızıstan liderinin mətbuat katibi Qalina Bayterekin RİA Novosti-yə verdiyi məlumata görə, naməlum şəxslər Prezident Sadır Japarovun Facebook səhifəsini sındıraraq onun adından bir sıra şərhlər yazıblar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Qırğızıstanın yeni prezidentindən qadağa - Portretlərimi kabinetinizdən asmayın


"Prezident Sadır Japarovun Facebook sosial şəbəkəsindəki şəxsi səhifəsi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Təcavüzkarlar müxtəlif statusların altında şərhlər yazıblar.

Dövlət başçısının Facebook səhifəsindən göndərilən son yazılarla heç bir əlaqəsi yoxdur”. Açıqlamada belə deyilir.

Bayterekin sözlərinə görə, Sadır Japarov tənqidi fikirlər də daxil olmaqla cəmiyyətdə səsləndirilən bütün fikirlərə hörmətlə yanaşır, buna görə heç vaxt bu cür ifadələr yaza bilməz.

Dövlət başçısının mətbuat katibi konkret hansı ifadələrin müzakirə olunduğunu açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO