Sahil zolağı tullantılardan təmizlənib - FOTO 

Sahil zolağı tullantılardan təmizlənib - FOTO 

Hazırda oxunan: Sahil zolağı tullantılardan təmizlənib - FOTO 

137077

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin, eləcə də “EcoHub” ekoloji platformasının könüllülərinin iştirakı ilə Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Aksiya zamanı sahil zolağı plastik və digər tullantılarından təmizlənib, 240 kiloqram tullantı toplanaraq çeşidlənib və aidiyyəti üzrə daşınıb. 

Təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və ictimaiyyəti  dəniz ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır. 

Qeyd edək ki, sahilboyu ərazilərin təmizlənməsi məqsədi daşıyan bu cür aksiyaların mövsüm boyu hər həftəsonu keçirilməsi nəzərdə tutulub. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO