Zelenski müharibə başlayandan ilk dəfə Hindistanın Baş naziri ilə görüşüb

Zelenski müharibə başlayandan ilk dəfə Hindistanın Baş naziri ilə görüşüb

Hazırda oxunan: Zelenski müharibə başlayandan ilk dəfə Hindistanın Baş naziri ilə görüşüb

137049

Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə V.Zelenskinin Mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, iki ölkə liderləri Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (G7) ölkələrinin sammiti çərçivəsində bir araya gəliblər. Onlar Ukraynadakı hazırkı durumu müzakirə ediblər. 

V.Zelenski Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə və humanitar yardım göstərdiyinə görə Hindistana təşəkkür edib. 

N.Modi öz növbəsində hindistanlı tələbələrin Ukraynadan təxliyəsi zamanı köməyə görə minnətdarlığını bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO