Apteklər də resept yaza biləcək? – AÇIQLAMA 

Apteklər də resept yaza biləcək? – AÇIQLAMA 

Hazırda oxunan: Apteklər də resept yaza biləcək? – AÇIQLAMA 

137025

Böyük Britaniyada poliklinika və xəstəxanalarda növbələrin aradan qaldırılması üçün unikal addım atıb. Beləki, bundan sonra bu ölkədəki aptek əczaçılarına xəstəlikləri olan müştərilərə dərman preparatları yazmaq hüququ veriləcək. Bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak məlumat verib. 

Onun sözlərinə görə, bu qərar dövlət klinikalarında ümumi praktikantlar üçün gözləmə siyahılarını azaltmağa kömək edəcək.

Əczaçılar boğaz və ya qulaq ağrısı, sidik yollarının iltihabı və s. şikayətləri olan şəxslərə resept yaza biləcək. Yeni qaydalar bu ilin sonunda qüvvəyə minəcək. Dəyişiklik üçün hökumət 645 milyon funt sterlinq ayırmaq niyyətindədir.

Etiraf edək ki, anoloji problem bizim ölkəmizdə də var. Əksər xəstəxana və poliklinikalarda uzun növbələr olur. 

Bu problemin ləğvi üçün Azərbaycanda da belə bir qərar qəbul edilə bilərmi?

Məsələ ilə bağlı tanınmış həkim Rasif Bağırovun fikirlərini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, Avropa ölkələrində belə bir qaydanın qəbul edilməsində qeyri-adi heç nə yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

51 aptekdə yoxlama APARILDI 


“Aydındır ki, Böyük Britaniyanın apteklərində çalışanların hazırlıq səviyyəsi çox yüksəkdir. Ona görə də hökümət bəzi yüngül xəstəliklərə resept yazmaq üçün aptek işçilərinə səlahiyyət verilə bilər”.

Bu qaydanın ölkəmizdə tətbiqinə gəlincə isə Rasif Bağırov bunları dedi:  

“Bizdə də bir çox apteklərdə əczaçılar insanlara məsləhət, hətta dərman verirlər. Məsələn, baş ağrısına, mədə qıcqırmasına, boğaz ağrısına görə aptekdə işləyənlər xəstəyə məsləhət verir, yardım edirlər. Hətta qripə yoluxan insanların bir çoxu həkimə yox, apteklərə müraciət edirlər. 

Apteklərdə xəstələrə məsləhət və respeptsiz dərman vermək qanunla qadağandır. Amma reallıqda dediyimiz mənzərə ilə rastlaşırıq. Apteklərdə işləyənlərə resept yazmaq səlahiyyəti o zaman verilə bilər ki, onların hazırlıq səviyyəsi çox yüksək səviyyədə olsun. Və qaydalar hansısa qurum tərəfindən təsdiqlənsin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO