Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov və Ermənistan naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşü başa çatıb.
Bizim.Media xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbul evi”ndə baş tutub.
*** 14:19
Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş başlayıb.
Bizim.Media xəbər verir ki, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan iştirak edirlər.
Görüşdə Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, ictimaiyyət, ekspertlər və parlamentarilər xətti ilə təmasların qurulması daxil olmaqla, üçtərəfli razılaşmaların həyata keçirilməsi predmetli şəkildə müzakirə olunur.
Qeyd edək ki, üçtərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüşün keçirilməsi də planlaşdırılıb.
Bizim.Media