Salome Zurabişvili:

Salome Zurabişvili: "Gürcüstan Azərbaycanla möhkəm dostluğu yüksək qiymətləndirir"

Hazırda oxunan: Salome Zurabişvili: "Gürcüstan Azərbaycanla möhkəm dostluğu yüksək qiymətləndirir"

136827

Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının
100 illik yubileyi münasibətilə Sizə və Azərbaycan xalqına Gürcüstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Prezident Heydər Əliyev müasir Azərbaycan dövlətinin formalaşmasında mühüm rol oynamış görkəmli dövlət xadimi idi. Məhz onun uzaqgörənliyi güclü və firavan dövlət quruculuğunun əsasını qoydu.

Bütün ölkə üçün ümid çırağı olmuş atanızın Azərbaycan xalqının firavanlığı naminə gördüyü işlər və göstərdiyi səylər gələcək nəsillərin yaddaşında qalacaq, daim onların ilham və qürur mənbəyi olacaqdır.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan özünü qlobal miqyasda mühüm dövlət kimi təsdiqlədi. O, ölkələrimiz arasında əlaqələrin inkişafında həlledici rol oynayıb. Gürcüstan Azərbaycanla möhkəm dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirir. Biz xalqlarımızın firavanlığı naminə bu əlaqələri daha da dərinləşdirməyə hazırıq.
Zati-aliləri, Sizə bir daha dərin ehtiramımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh, cansağlığı və firavanlıq arzulayıram”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO