"Azərbaycanda Ailə Məhkəmələri yaradılmalıdır" – Anar Bağırov  

Hazırda oxunan: "Azərbaycanda Ailə Məhkəmələri yaradılmalıdır" – Anar Bağırov  

136817

"Ailə mübahisələrinin mürəkkəbliyini nəzərə alaraq Ailə Məhkəmələrinin yaradılması zəruridir". 

Bizim.Media xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İşğaldan azad edilən 3 bölgədə ailə mərkəzi AÇILACAQ  


Onun sözlərinə görə, nikahda olan tərəfin biri, istənilən formal əsas və səbəb göstərməklə digər tərəfin istəyi olmadan, nikaha məhkəmə qaydasında xitam verilməsinə nail ola bilər: 

“Səbəblər göstərilməsə belə şəxsin sadəcə nikahın pozulması ilə bağlı iradə ifadəsi kifayətdir. Bu zaman məhkəmə, 3 aylıq müddət gözləməklə nikaha xitam verə bilər”. 

Anar Bağırov xarici ölkələrin təcrübələrinə də diqqət çəkib:

"Bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə Ailə Məhkəmələri mövcuddur. Eyni zamanda Rusiyanın Ali Məhkəməsində Mülki Kollegiyanın tərkibində ailə işlərinə baxan xüsusi tərkib formalaşdırılıb. Bu praktika bizdə də tətbiq edilməlidir”. 

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO