Rafael Nadal “Rolan Qarros”a qatılmayacaq

Rafael Nadal “Rolan Qarros”a qatılmayacaq

Hazırda oxunan: Rafael Nadal “Rolan Qarros”a qatılmayacaq

136770

Rafael Nadal “Böyük Dəbilqə” seriyalı “Rolan Qarros” turnirinə qatıla bilməyəcək.  

Bizim.Media xəbər verir ki,  bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

"Relovo” nəşrinin yazdığına görə, “Böyük Dəbiqə” seriyalı turnirinin 22 qat qalibi zədəsini sağalda bilmədiyindən iştirakdan imtina edib. Amma Rafa hələ ki, rəsmi şəkildə açıqlama verməyib. 

Xatırladaq ki, 36 yaşlı tennisçi yanvar ayında Avstraliya Açıq tennis turnirinin 2-ci mərhələsində amerikalı Makkenzi Makdonaldla oyunda sol ayağının əzələsinin dartılması səbəbindən mübarizəni dayandırıb. 
Qeyd edək ki, “Rolan Qarros” turniri mayın 28-dən iyunun 11-nə qədər keçiriləcək. Nadal bu günə qədər bu turnirdə 14 dəfə qələbə qazanaraq rekord müəyyənləşdirib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO