Bu il maaşlar 11,4 faiz artıb – RƏSMİ  

Bu il maaşlar 11,4 faiz artıb – RƏSMİ  

Hazırda oxunan: Bu il maaşlar 11,4 faiz artıb – RƏSMİ  

136573

2023-cü ilin I dövründə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 901,3 manat təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatlarda əks olunub. 

Aparılan hesablamalar göstərir ki, əmək haqlarında 2022-ci ilin müvafiq dövrünə müayisədə cari dövrdə 11,4 faiz artım baş verib.  

Əməkhaqqı neft-qaz sektorunda 3878,2 manat, qeyri neft-qaz sektorunda isə 843,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 855,7 manat, özəl müəssisələrdə isə 952,5 manat olub. 

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO