İmişlidə məhsul buraxılışının HƏCMİ ARTIB 

İmişlidə məhsul buraxılışının HƏCMİ ARTIB 

Hazırda oxunan: İmişlidə məhsul buraxılışının HƏCMİ ARTIB 

136495

Cari ilin yanvar-mart aylarında İmişli rayonu iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi faktiki qiymətlərlə 2022-ci ilin eyni dövrü ilə müqayisədə  6,3 faiz və ya 10 milyon 728,5 min manat artaraq, 181 milyon 133,7 min manat olub.

İmişli rayon Statistika İdarəsindən Bizim.Media-nın Aran bürosuna verilən məlumata görə, məhsul buraxılışında istehsalın xüsusi çəkisi 83,4 faiz, xidmət sahələrinin payı isə 16,6 faiz səviyyəsində olub.

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə istehsal sahəsində 5,0 faiz, xidmət sahəsində isə 13,1 faiz artım qeydə alınıb.

Bu dövrdə faktiki qiymətlərlə sənayedə 99 milyon 255,8 min manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 31 milyon 981,4 min manatlıq, tikintidə 19,0 milyon 843,6 min manatlıq, nəqliyyat və anbar təsərrüfatında 1 milyon 961,5 min manatlıq, informasiya və rabitədə 289,7 min manatlıq və ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 27 milyon 801,7 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.


Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO