Daha bir azyaşlı məcburi ƏRƏ VERİLİR – 15 yaşlı qızın toy dəvətnamələri PAYLANDI - FOTOFAKT

Daha bir azyaşlı məcburi ƏRƏ VERİLİR – 15 yaşlı qızın toy dəvətnamələri PAYLANDI - FOTOFAKT

Hazırda oxunan: Daha bir azyaşlı məcburi ƏRƏ VERİLİR – 15 yaşlı qızın toy dəvətnamələri PAYLANDI - FOTOFAKT

136493

Valideynləri tərəfindən təhsildən yayındırılan 15 yaşlı qız ərə verilir. 

Bizim.Media xəbər verir ki, bu barədə məsələni “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ictimailəşdirib.

Onun sözlərinə görə 15 yaşlı qızın toyu mayın 27-nə təyin edilib və artıq qonşulara dəvətnamə də paylanılıb. 

Mehriban Zeynalovanın sözlərinə görə azyaşlı dəfələrlə başqa şəxslərlə məcburi nişanlandırılıb, ancaq nişanı qaytarılıb:

“Qızın özünün evlilik barədə razılığı yoxdur. Ancaq ailə tez bir zamanda sanki qızlarından qurtarmaq üçün can atır. Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində baş verən bu hadisəni qınayırıq və azyaşlıya təhsilinə gələcəyinə dəstək göstərməyə hazırıq”. 

Hüquq müdafiəçisi Daxili işlər Naziliyinə səslənərək məsələnin nəzarətə götürülməsini istəyib. 

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Bizim.Media-ya açıqlamasında məsələnin araşdırıldığını bildirib.


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO