Bakıda ötən il 16 milyard manatlıq sənaye məhsulu İSTEHSAL OLUNUB 

Bakıda ötən il 16 milyard manatlıq sənaye məhsulu İSTEHSAL OLUNUB 

Hazırda oxunan: Bakıda ötən il 16 milyard manatlıq sənaye məhsulu İSTEHSAL OLUNUB 

136457

2023-cü ilin yanvar-mart aylarında  sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 15,9 milyard manat təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. 

Sənaye məhsulunun 83,1 faizi mədənçıxarma, 14,2  faizi emal, 2,2  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. 

Sənayedə qeyri-dövlət sektorunun payı 88,8 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 6,3 faiz təşkil edib.                                             
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla, sənaye müəssisələrinin anbarlarında  1 aprel  2023-cü ildə 488,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub. 

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 54,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO