Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva ona təhqir yazan izləyicisini polisə verib.
Bizim.Media xəbər verir ki, bu barədə Aynişan sosial şəbəkə hesabında məlumat yayıb.
“10 gündür ki, səhifəmdə aşırı neqativ (təhqir – red.) mesaj və şərhlər görürəm. Onlardan birini seçdim və təxmini beş dəqiqə əvvəl ərizə yazıb polisə şikayət etdim. Şəxsən tanış olmaq istəyirəm. Dərdini bilmək istəyirəm. Beş il öncədə belə bir hadisə yaşanmışdı. Polis həmin şəxsi tapıb gətirmişdi. Görüş nəticəsində ağlayaraq fanatımız olduğunu dedi. Hətta hicablı, dindar bir qadın idi. Bu, tanımadığı insana ləkə yaxa bilər. Başa düşürəm, bu aralar biraz daha aktivəm, amma bunu sizi niyə narahat etdiyini dərinliyinə kimi bilmək istəyirəm”, - deyə Aynişan vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:38 / 17.05.2023
Aynişan polisə şikayət etdi – FOTO
Hazırda oxunan: Aynişan polisə şikayət etdi – FOTO
Hazırda oxunan: Aynişan polisə şikayət etdi – FOTO
136437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.