Rusiya Çinə qaz tədarükü ilə bağlı danışıqlara BAŞLADI

Rusiya Çinə qaz tədarükü ilə bağlı danışıqlara BAŞLADI

Hazırda oxunan: Rusiya Çinə qaz tədarükü ilə bağlı danışıqlara BAŞLADI

136294

Rusiya və Qazaxıstan arasında Çinə tranzit qaz tədarükü üçün qaz kəmərinin tikintisi ilə bağlı danışıqlar gedir və artıq kəmərin ilkin çəkiliş marşrutu müəyyən edilib.  

Bizim.Media “Atameken Business” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkəliyev məlumat verib. 

Hazırda tikintinin şərtlərinin müzakirə olunduğunu deyən nazir, müzakirənin yekunlaşdırılması üçün mümkün tarixləri açıqlamaqdan imtina edib. Bununla belə, Rusiya qazının Özbəkistana tranziti ilə bağlı danışıqların kifayət qədər konstruktiv şəkildə davam etdiyini təsdiq edib. 
Xatırladaq ki, bir ay əvvəl nazir A.Satkaliyev Qazaxıstanın “QazaqGaz” şirkəti ilə Rusiyanın “Qazprom”şirkəti arasında respublikanın şimal və şərq rayonlarının mümkün qazlaşdırılması ilə bağlı danışıqların başa çatdığını elan etmişdi.

Eyni zamanda Moskvanın Belarusa nisbətən daha ucuz qaz tədarük etməyə razılaşdığını vurğulanmışdı. 

Nazir həmin vaxt söhbətin yalnız Qazaxıstana tədarükdən getdiyini iddia edirdi. Bununla belə, qaz kəmərlərinin daha da irəli gedə biləcəyini, o cümlədən Çinə də çəkiləcəyini istisna etmirdi. Bir müddət sonra isə rəhbərlik etdiyi nazirliyin yanacağın çatdırılma marşrutunun qısaldılması hesabına aşağı qiymətlərə nail olunacağını açıqladı. 

Onu da xatırladaq ki, Çin prezidenti Si Cinpinin mart ayında Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putin, 2030-cu ilə qədər Çinə Rusiya qazının tədarükünün 98 milyard kubmetrə çatacağını bildirdi.

Söhbət “Sibirin gücü” qaz kəmərinin (ildə 38 milyard kubmetr) tam gücünə çatmasından, Saxalin qazının nəqlinin təşkilindən (ildə 10 milyard kubmetr) gedirdi. Hər iki qaz kəmərinin gücü 50 milyard kubmetr olmalıdır.

Analitiklər qeyd ediblər ki, nə Si Cinpin, nə də mətbuat xidməti öz şərhlərində “Sibirin gücü-2” barədə danışmayıblar. Buna görə də qaz kəmərinin tikintisi hələ də təsdiqini tapmayıb. Qazaxıstanın qazlaşdırılması ilə bağlı xəbərlər isə səfər başa çatdıqdan bir neçə həftə sonra ortaya çıxdı. 
Qeyd edək ki, Avropaya qaz nəqlinin kəskin azalmasından sonra Rusiyanın yeni qaz bazarlarına ehtiyacı yaranıb. Analitiklərin hesablamalarına görə, Rusiyanın 2023-cü ildə boru kəməri təchizatı 2021-ci illə müqayisədə 90 faiz azala bilər və daxili bazar tərəfindən kompensasiya edilə bilməz. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO