Murad Arifin konsertində Aygün Kazımova

Murad Arifin konsertində Aygün Kazımova "rüzgarı əsəcək" – FOTO 

Hazırda oxunan: Murad Arifin konsertində Aygün Kazımova "rüzgarı əsəcək" – FOTO 

136214

Xalq artisti Aygün Kazımova Murad Arifin mayın 19-da keçiriləcəyi canlı solo konserti ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətçi gecənin anonsunu sosial şəbəkə hesabında post şəklində yayımlayaraq “Murad, bilet göndərirsən, yoxsa birbaşa səhnəyə gəlim? 19 may mən oradayam” şərhini yazıb. 

Bəstəkar isə Kazımovanı cavabsız qoymayıb:

“Siz olan yer səhnədir. Eksklüziv var”. Məşhurların bir-biri ilə atmaca dolu paylaşımları ikilinin konsert günü birlikdə yeni layihə təqdim edəcəklərinə işarə vurub. Pop divanı sevənlər isə bu məsələyə “Sürpriz var” şəklində şərhlər yazıblar. 

Qeyd edək ki, M.Arif aylardır hazırlaşdığı konsertdə illərdir hit olan mahnılarını ifa edəcək.

Mayın 19-da ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında gerçəkləşən gecəyə ulduz axını olacaq. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO