Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırmağın vacibliyini deyib

Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırmağın vacibliyini deyib

Hazırda oxunan: Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırmağın vacibliyini deyib

136172

"Ermənistan Gürcüstan və İranla yaxşı münasibətlər saxlayır. Eyni zamanda, İrəvanın Türkiyə və Azərbaycanla demək olar ki, heç bir əlaqəsi yoxdur. Bunu dəyişdirmək lazımdır". 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib. 

Paşinyan qonşularla dostluğu ölkənin xarici siyasətinin əsas məqsədi adlandırıb: 

“Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyətin dəyişdirilməsi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir”. 

O, əlavə edib ki, bir sıra praktik və psixoloji problemlər üzündən Ermənistan cəmiyyəti üçün bu ismarışı həzm etmək asan deyil. 

Ermənistan hökumətinin başçısı bildirib ki, ölkəsi Rusiya ilə əməkdaşlıq etməklə Qərbin sanksiyalarından yayınmağa çalışır. 

“Ancaq sanksiyalar qırmızı xətdir. Biz bunu Rusiyaya çox açıq şəkildə deyirik: sizə zərər vermək istəmirik, lakin sanksiyalara məruz qalmağa imkanımız yoxdur”, - baş nazir qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO