Kürdəmirin küçələrini su basdı - FOTO/VİDEO

Kürdəmirin küçələrini su basdı - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirin küçələrini su basdı - FOTO/VİDEO

136122

Kürdəmirdə axşamdan yağmağa başlayan aramsız yağışlar bir sıra çətinliklər yaradıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun bir neçə küçəsi su basması səbəbindən bağlanıb.

Bu səbəbdən sürücülərin və  piyadaların hərəkəti məhdudlaşıb.

Yağışın yaratdığı fəsadlar əsasən rayonun Bakı prospektində, Şəhriyar, Xanlar, Məhəmməd Hadi küçələrində daha çox müşahidə olunur.

Aidiyyəti qurumların canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub və yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirirlər.

Hazırda rayon ərazisində yağıntılı hava şəraiti davam edir.
 




Aqil Əsədov, Bizim.Media, Aran bürosu
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO