BAŞ REDAKTORDAN: Keçmiş məmur - oliqarxların “səfərbərliyi” elan olunsun – “Ya Qarabağ, ya ...”

BAŞ REDAKTORDAN: Keçmiş məmur - oliqarxların “səfərbərliyi” elan olunsun – “Ya Qarabağ, ya ...”

Hazırda oxunan: BAŞ REDAKTORDAN: Keçmiş məmur - oliqarxların “səfərbərliyi” elan olunsun – “Ya Qarabağ, ya ...”

13601

Hər kəsi düşündürən məsələlərdən biri işğaldan azad olunan torpaqların yenidən qurulması və bu yolda xərclənəcək vəsaitdir. Çünki Azərbaycan vətəndaşları 44 günlük savaş və sülhdən sonrakı qədər heç vaxt həmrəy olmayıb. 

Bizim.Media-nın apardığı sorğular göstərir ki, əldə olunan qələbədə istifadə olunan itkiləri nəzərə alınmalıdır.

Qarabağın dirçəlməsi üçün vətəndaşlar quruculuqda iştirak etməyə hazırdır.
 

Amma ortya belə bir sual çıxır, bəs ölkənin dinclik vaxtında, gəlirlərin su kimi axıb gələn zamanların, birə-beş qaz vurub, qazan dolduran keçmiş məmur-oliqarxları  niyə dinmir?


Onlar bu xalq üçün, ölkə üçün əhəmiyyətli quruculuq işlərində niyə yoxdular, səsləri niyə çıxmır? 

Bu səbəbdən də sorğu apardığımız insanlar Qarabağın dirçəlməsi və həyata qaytarılması üçün vəsaitin tək büdcədən deyil, eyni zamanda “eks”lərin cibindən çıxmasını istəyir. 
 

MÖVZU İLƏ BAĞLI:

Keçmiş nazir Səlim Müslümov və Heydər Əsədovdan danışdı: "Tamahları öz boylarından böyük idi"


Elementar məntiqə sahib olmaq lazımdır ki, azad olunan ərazilərdə normal yaşayışı təmin etmək üçün milyardlarla maliyyə vəsaitinin gərəkli olduğunu anlayasan. Bununla paraleldə qazi, şəhid ailələrinə göstərilən və davamlı olacaq dövlət qayğısını da unutmaq olmaz.

Prezidentin başçılığı ilə Azərbaycanın müxtəlif sınaqlardan üzüağ çıxdığını bilirik. Lakin pamndemiya və neftin ucuzlaşmasının da iqtisadiyyata etdiyi mənfi təsirləri unutmaq olmaz. 

Etiraf edək ki, rüşvətxor məmurlar və monopolist oliqarxlar iqtisadiyyatımıza virus və savaşlardan az ziyan vurmur. Bədbəxtçilik orasındadır ki, monopolist oliqarxların da çoxu elə bir vaxtlar rüşvətə görə işdən azad olunan məmurlar olub. 

Vətəndaşlar ölkə başçısının kadr islahatları və anti-korrupsiya əməliyyatları ilə korrupsiyanın finişinə ümidlənsələr də, qəbul etmək lazımdır ki, hələ də “görüm-baxım”la məşğul olan bəzi vəzifəlilər kreslolarında oturublar. Xalqı və dövlət büdcəsini soyğuna məruz qoyanların həm ölkə xaricində, həm də daxildə bank hesabları və müxtəlif biznesləri var. Sürgünə göndərilmişlər arasında Ziya Məmmədov, Fazil Məmmədov, Abid Şərifov, Əli Həsənovlar, Oqtay Əsədov, Eldar Mahmudov, İsmət Abbasov, Hacıbala Abutalıbov, Səfər Əbiyev, Nəcməddin Sadıkov, Heydər Əsədov, Elmar Məmmədyarov, Əbülfəs Qarayev, Etibar Pirverdiyev, Tağı Əhmədov, Füzuli Ələkbərov, Heydər Babayev və neçə icra başçıları, idarə müdirləri. Hər halda bu siyahı internetdə axtarış edən heç kəsə yad deyil.

Bu məmurlardan bəziləri isə, nəinki Qarabağa dəstək, hətta oranı da Abşeron kimi hücum etməyə hazırlaşırdı. Bunu da sezən Prezident İlham Əliyev də məhz onları xəbərdar etdi!
 

MÖVZU İLƏ BAĞLI:

"Mən Şuşanı məmurlar paytaxtı elan etməmişəm" - Prezident hansı məmurları tənqid etdi?


Əslində bəzi keçmiş məmurların pullarını toplasaq, kasıb riyaziyyatımızla dövlət büdcəmizdən böyük rəqəm alınır. Həmin şəxsləri Qarabağa sürgün etmək lazımdır. Tiksinlər, yaratsınlar və quruculuq işlərində şəxsən iştirak etsinlər! Sadəcə kənardan izləyib, sosial şəbəkələrdə status yazmaqla və yaxud bağlarında xəbərlərə baxmaqla kifayətlənməsinlər! Bəziləri zatən Xocalının artıq 31 illiyini qeyd etməyə tələsir və 2017-ci ildə kitabını cəmiyyətə yeni “elmi əsəri” kimi təqdim edir. Digərlərinindən səs çıxmır...bir qrupu isə elm ocaqlarında bağ torpağları ilə məşğuldur.

Nə isə, dediyim odur ki, Qarabağı dircəltməyin vaxtıdır cənablar!
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovdan Xocalı faciəsinə hörmətsizlik – FOTOFAKT


Onların işi Azərbaycan üçün çalışmaq, yeni iş yerlərinin açılmasında iştirak etmək olmalıdır! Yoxsa, işdən çıxarılan hər məmur itir və izi-tozu da görünmür. Necə olur ki, işləyəndə TV-lərdən çəkilməyən, saytlara və jurnalistlərə az qala həftədə qonaqlıq təşkil etdirənlər, indi birdən yox olurlar? “Nə oldu bəs Paşınyan” - sualını onlara verməyin zamanı çatıb! Beləliklə, sabiqlərin əyri yollarla yığdığı çirkli pulları Qarabağa yönəldib, təmizləmək lazımdır. Ən azı bəlkə vicdanları təmizlənər! 

İstərdim düşünəm ki, son günlər S.Müslümovun həbsi, Z.Məmmədovun istintaqa çağırılması bu plana eyhamdır. Bu iki ad ümumi siyahının yanında Qarabağa xırda investisiyalardır. 


Yazının əvvəlində qeyd etdiyim sorğudakı cavablar bəzi məmurların varidatının Qarabağın yenidən qurulmasına istiqamətlənməsinin tərəfdarıdır. Camaatın bununla maraqlanmağına səbəb isə işğaldan azad olunan torpaqlara yeni nəfəs verməkdir. 

Anar Tahirov, Baş Redaktor 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO