Vuçiç: Vətəndaşlar polisə 13 min 500 qanunsuz silah təhvil verib

Vuçiç: Vətəndaşlar polisə 13 min 500 qanunsuz silah təhvil verib

Hazırda oxunan: Vuçiç: Vətəndaşlar polisə 13 min 500 qanunsuz silah təhvil verib

135981

Mayın 8-dən bu vaxtadək Serbiya vətəndaşları təhlükəsizlik qüvvələrinə 13 min 500 qeyri-qanuni silah, on minlərlə patron və iki minədək partlayıcı maddə təhvil verib.

Bizim.Media xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

A.Vuçiç vətəndaşların qanunsuz silahlarını könüllü şəkildə polis bölmələrinə təhvil verdiyini, əldə olunan nəticədən məmnunluq duyduğunu və bunun Serbiya xalqının təhlükəsizliyi üçün mühüm addım olduğunu bildirib.
Xatırladaq ki, mayın əvvəlində Serbiyada iki fərqli silahlı hücum nəticəsində ümumilikdə 17 nəfər həlak olub. Bu hadisələrdən sonra Aleksandar Vuçiç qanunsuz silahlanmanın azaldılması məqsədilə vətəndaşları silahlarını bir ay müddətində polis bölmələri təhvil verməyə çağırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO