Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 99,99 faizi sayılıb. Nəticədə Rəcəb Tayyib Ərdoğana verilən səslərin sayı 49,34 faiz təşkil edib.
Bizim.Media xəbər verir ki, onun rəqibi Kamal Kılıçdaroğlu isə 45 faiz səs toplayıb.
Xaricdəki bülletenlərin (67,33 faiz) nəticələrinə görə Ərdoğan 55,36 faiz, rəqibi Kılıçdaroğlu isə 41,26 faiz səs toplayıb.
14 may, 23:55
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 91,10 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50,01 faiz səslə öndədir.
Bizim.Media xəbər verir ki, ikinci yerdə 44,21 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,30 faiz). Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində səsvermə bülletenlərinin 83,60 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 36,11 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 24,49 faiz, Milliyyətçi Hərəkat Partiyası 10,70 faiz, İYİ Partiya 9,97 faiz, Yaşıl Sol Partiya 8,43 faiz səs toplayıb.
22.05
Türkiyədə seçki qutularının 61,99 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 51,64 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 42,53 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,32 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,51 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.
Bizim.Media “A Haber” telekanalına istinadən xəbər verir ki, parlament seçkilərində ilkin nəticələrə görə, “Cümhur İttifaqı” 54,21 faiz, “Millət İttifaqı” 31,82 faiz, "Əmək və Azadlıq İttifaqı" 8,68 faiz, “Ata İttifaqı” 1,48 faiz, “Sosialist Güc Birliyi” 0,19 səs toplayıb.
Qeyd edək ki, prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
Həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.
19:40
Türkiyədə seçki qutularının 10.36 %-i açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə səsvermə başa çatdı
Hesablamalara görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 58.89 faiz, onun əsas rəqibi Kamal Kılıçdaroğlu 35.31 faiz, digər namizəd Sinan Oğan isə 5.18 faiz səs toplayır.
Qeyd edək ki, bu nəticələr 10.36 %-ə aiddir. Ancaq açılan sandıqların sayı çoxaldıqca, namizədlərin faizləri də dəyişir.
Bizim.Media