Armen Qriqoryan: “Biz pulunu ödədiyimiz silahları Rusiyadan almamışıq”

Armen Qriqoryan: “Biz pulunu ödədiyimiz silahları Rusiyadan almamışıq”

Hazırda oxunan: Armen Qriqoryan: “Biz pulunu ödədiyimiz silahları Rusiyadan almamışıq”

135925

Son illərdə dünyada və xüsusən də regionumuzda (Cənubi Qafqazda) təhlükəsizlik arxitekturası köklü şəkildə dəyişib.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Əvvəllər hər şey aydın və anlaşılan idi. Əvvəllər telefonla zəng edib “Mənim problemim var” deyirdik. Cavabında isə “Yaxşı, əzizim, kömək edəcəyik” deyirdilər. Artıq bu mexanizm işləmir.

Bütün təhlükəsizlik konsepsiyamız bunun üzərində qurulmuşdu.

Ermənistanın təhlükəsizliyini təmin edən mexanizmlər iflasa uğradı, yeniləri yaradılmadı.
Yeni mexanizmlər və silah təchizatı axtarmaq lazımdır, çünki obyektiv olaraq biz Rusiyaya sifariş verdiyimiz və ödədiyimiz silahları ala bilmirik”, - Qriqoryan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO