“Qarabağ” 10-cu dəfə Azərbaycan çempionu oldu - VİDEO 

“Qarabağ” 10-cu dəfə Azərbaycan çempionu oldu - VİDEO 

Hazırda oxunan: “Qarabağ” 10-cu dəfə Azərbaycan çempionu oldu - VİDEO 

135847

Misli Premyer Liqasında 34-cü turunda bu gün "Qarabağ" "Səbail"in qonağı olub.

Bizim.Media xəbər verir ki, görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.  

Nəticədə da Ağdam təmsilçisi sona 2 tur qalmış xallarının sayını 87-yə yüksəldib və 2-ci yerdəki "Sabah" (33 oyun, 77 xal) üçün əlçatmaz olub. Bununla da "Qarabağ" tarixində 10-cu dəfə Azərbaycan çempionu olub. "Qarabağ" belə nəticə ilə Azərbaycan rekordunu qırıb.
İndiyədək heç bir komanda 10 dəfə ölkə çempionu ola bilməyib. “Neftçi”nin aktivində 9 çempionluq var. Əlavə edək ki, turun digər oyunları 14 və 17 may tarixlərində keçiriləcək. 

13 may (şənbə) 

20:30. "Səbail" - "Qarabağ" - 0:3 

Qollar: Bəhlul Mustafazadə, 71, (0:1), Ramil Şeydayev, 77-pen. (0:2), Ramil Şeydayev, 86 (0:3) 

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov 
"ASCO Arena". 

 


 
 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO