Prezident İlham Əliyev Qarabağın gələcəyi ilə bağlı mövqeyini açıqladı

Prezident İlham Əliyev Qarabağın gələcəyi ilə bağlı mövqeyini açıqladı

Hazırda oxunan: Prezident İlham Əliyev Qarabağın gələcəyi ilə bağlı mövqeyini açıqladı

1358

"Azərbaycan xalqına öz müraciətlərimdə bizim mövqeyimizi həmişə dəqiq şərh edirəm. Biz Qarabağ regionunun, – təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ Azərbaycanın böyük bir hissəsidir, - gələcəyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimi görürük. Bizim mövqeyimiz bundan ibarətdir”.

Bizim.Media-nın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində deyib.

“Hesab edirəm ki, tərəflərin qarşılıqlı xoş məramı olsa, buna nail olmaq mümkündür. Ona görə ki, axı, bu gün Bakıda və Azərbaycanın digər şəhərlərində minlərlə erməni yaşayır. Həm Rusiyada, həm də Gürcüstanda azərbaycanlılar və ermənilər biznesə malikdirlər, qarışıq ailələr var. Buna görə də düşünürəm ki, barışıq mümkündür, sadəcə, Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir”.

Prezident  bildirib ki, işğal aradan qaldırılmalıdır, azərbaycanlılar əsrlər boyu yaşadıqları torpaqlara qayıtmalı və erməni əhali ilə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar.

Ali Baş Komandan ya dinc, ya da müharibə yolu ilə torpaqların mütləq qaytarılacağını bildirib:

“Ermənistan rəhbərliyi  bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır”,- deyə  Prezident əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO