UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın nümayəndələri İçərişəhəri ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, Bakıda UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS), qurumun Azərbaycan Milli Komitəsinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq seminar keçirilib.
Seminar çərçivəsində İCOMOS ekspertlərinin və İsrail, Türkiyə, Bolqarıstan, Sloveniya, Rusiya, Rumıniya, Moldova, Gürcüstan, Pakistan, Qazaxıstan, Özbəkistan, Misir, Oman və digər ölkələrdən olan mütəxəssislərin UNESCO-nun Ümumdünya İrs Məkanı olan İçərişəhərə səfəri baş tutub.
Seminar iştirakçıları İçərişəhərin dünya irs məkanı kimi mühafizəsi, mədəni irs obyektlərinin bərpası və konservasiyası, eləcə də zəngin mədəni irsin təbliği istiqamətində gördüyü işlərlə tanış oldular.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
04:33 / 13.05.2023
UNESCO yanında Beynəlxalq Şuranın nümayəndələri İçərişəhəri ziyarət ediblər - FOTO
Hazırda oxunan: UNESCO yanında Beynəlxalq Şuranın nümayəndələri İçərişəhəri ziyarət ediblər - FOTO
Hazırda oxunan: UNESCO yanında Beynəlxalq Şuranın nümayəndələri İçərişəhəri ziyarət ediblər - FOTO
135730
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.