Ordumuzun cavab atəşi nəticəsində Ermənistan tərəfi İTKİ VERDİ

Ordumuzun cavab atəşi nəticəsində Ermənistan tərəfi İTKİ VERDİ

Hazırda oxunan: Ordumuzun cavab atəşi nəticəsində Ermənistan tərəfi İTKİ VERDİ

135718

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində Ermənistanın bir hərbçisi ölüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, bir hərbçi də  yaralanıb. 

Qeyd edək ki, mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib. 
Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO