1000-ə yaxın namizəd məktəb direktoru olmaq üçün MÜRACİƏT ETDİ

1000-ə yaxın namizəd məktəb direktoru olmaq üçün MÜRACİƏT ETDİ

Hazırda oxunan: 1000-ə yaxın namizəd məktəb direktoru olmaq üçün MÜRACİƏT ETDİ

135680

Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu davam edir. Elektron qeydiyyat prosesində indiyədək 1000 nəfərə yaxın namizəd iştirak edib. 

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hazırda elektron ərizələrin yoxlanılması həyata keçirilir. Qeydiyyat prosesi mayın 17-dək davam edəcək. 

Test imtahanı mərhələsində namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Test imtahanında uğur qazanmış namizədlər yazı işi mərhələsinə dəvət olunacaqlar. 
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinə başlanılıb, işə qəbul üçün 1476 nəfər müraciət edib. Test imtahanında 601 nəfər uğur qazanıb. 

Mayın sonundan etibarən şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrə başlanılacaq. 

Ötən ildən etibarən şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu isə test və müsahibə yolu ilə həyata keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO