Daşkəsən məktəbindəki qanunsuzluqlarla bağlı cinayət İŞİ BAŞLANDI 

Daşkəsən məktəbindəki qanunsuzluqlarla bağlı cinayət İŞİ BAŞLANDI 

Hazırda oxunan: Daşkəsən məktəbindəki qanunsuzluqlarla bağlı cinayət İŞİ BAŞLANDI 

135661

Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Bu barədə Bizim.Media-ya Daşkəsən rayon prokurorluğundan məlumat verilib. 

Daşkəsən rayon Bayan kənd Mikayıl Mustafayev adına tam orta məktəbin direktoru Məmməd Məmmədovun qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan təhsil müəssisəsində 2017-2023-cü illər ərzində dərs, məşğələ saatlarının qeyri-ixtisas müəllimlərə həvalə olunması və əsassız olaraq əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayrılmış pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO