KOBİA nümayəndələri Dubayda azərbaycanlı iş adamının təsis etdiyi şirkətdə olublar - FOTO 

KOBİA nümayəndələri Dubayda azərbaycanlı iş adamının təsis etdiyi şirkətdə olublar - FOTO 

Hazırda oxunan: KOBİA nümayəndələri Dubayda azərbaycanlı iş adamının təsis etdiyi şirkətdə olublar - FOTO 

135557

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti xarici ölkələrə səfərlər və keçirilən tədbirlər çərçivəsində müxtəlif şirkətlərin, o cümlədən azərbaycanlı iş adamları tərəfindən təsis edilən biznes subyektlərinin fəaliyyəti ilə tanış olur. Məqsəd xarici ölkələrdəki şirkətlərin fəaliyyəti və biznes təcrübəsi ilə yaxından tanış olmaq, əməkdaşlıq üçün onları azərbaycanlı iş adamları ilə əlaqələndirməkdir. 

KOBİA-dan Bizim.Media-ya bildirilib ki, Dubay şəhərinə səfər çərçivəsində agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov azərbaycanlı iş adamı tərəfindən təsis edilmiş “Eco Garden” şirkətində olub, şirkətin təsisçisi Camal Tağıyev ilə görüşüb.  

Görüşdə meyvə-tərəvəz idxalı ilə məşğul olan şirkətin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, agentliyin yerli və xarici şirkətlərin əlaqələndirilməsi istiqamətində dəstək və xidmətləri barədə məlumat verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO