Britaniyada Xameneiyə bağlı mərkəzin işçiləri qovuldu - FOTO 

Britaniyada Xameneiyə bağlı mərkəzin işçiləri qovuldu - FOTO 

Hazırda oxunan: Britaniyada Xameneiyə bağlı mərkəzin işçiləri qovuldu - FOTO 

135417

Böyük Britaniyanın Xeyriyyə Komissiyası İran lideri Əli Xameneiyə bağlı "İslam Mərkəzi"nin məsul şəxslərini işdən çıxarıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. 

Komissiyanın yaydığı bəyanatda bildirilib ki, mərkəzin idarə olunması və bu məsələdə araşdırma aparması ilə bağlı ciddi narahatlıqlar var. Bununla yanaşı, “İslam Mərkəzi”nin məsul şəxsləri qanuni vəzifə və öhdəlikləri yerinə yetirməməsi və xeyriyyə fondunun aktivlərinin qorunmamasında ittiham olunublar.
Böyük Britaniyanın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Tom Tugenhut mərkəzin bağlanmasını alqışlayıb. 

“Mən İranın İngiltərədəki təhdidləri ilə bağlı xəbərdarlıq etmişdim. Tehran rejimi ilə əlaqəli olduğu bildirilən və onun məsul müdirinin İranın rəhbəri tərəfindən təyin edilən bu mərkəzin rəhbərlərinin vəzifədən çıxarılması alqışlanacaq bir hadisədir",- o bildirib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO