"Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşün planlaşdırıldığı Brüsselə səfərimi ləğv etməyəcəyəm".
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında Azərbaycanla sərhəddə baş verən insidentə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ikitərəfli sülh və dövlətlərarası sazişin layihəsi hələ ilkin xarakter daşıyır:
"Bu baxımdan bazar günü, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanacağı ehtimalı çox azdır. Ancaq istəyirik ki, sənədi mümkün qədər tez hazırlayıb imzalayaq".
Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb, Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:34 / 11.05.2023
Paşinyan: "Mayın 14-də Azərbaycanla sülh sazişi imzalanmayacaq"
Hazırda oxunan: Paşinyan: "Mayın 14-də Azərbaycanla sülh sazişi imzalanmayacaq"
Hazırda oxunan: Paşinyan: "Mayın 14-də Azərbaycanla sülh sazişi imzalanmayacaq"
135413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.