“Beşiktaş”ın ulduz futbolçusu “Sabah”a qarşı oynamayacaq 

“Beşiktaş”ın ulduz futbolçusu “Sabah”a qarşı oynamayacaq 

Hazırda oxunan: “Beşiktaş”ın ulduz futbolçusu “Sabah”a qarşı oynamayacaq 

135332

Türkiyə "Beşiktaş"ının futbolçusu Raşid Gezzal Bakıda "Sabah"a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacaq.  

Bizim.Media xəbər verir ki, əlcəzairli hücumameylli yarımmüdafiəçi zədəsini sağaltsa da, hələlik komanda ilə məşqlərə başlamayıb. 

İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş oynamağa hazır olmayan 31 yaşlı vingeri Azərbaycana gətirməyi planlaşdırmır.

Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Sabah" - "Beşiktaş" görüşü saat 18:00-da başlayacaq. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO