“Azəriqaz”a İDDİA – “Keyfiyyətsiz qaz kombilərimizi xarab edir”

“Azəriqaz”a İDDİA – “Keyfiyyətsiz qaz kombilərimizi xarab edir”

Hazırda oxunan: “Azəriqaz”a İDDİA – “Keyfiyyətsiz qaz kombilərimizi xarab edir”

13529

Son illər əhaliyə verilən qazın keyfiyyətində dəyişiklik olduğu iddia edilir. Bu iddia ilə soyuq havaların karına gələn kombi ustaları çıxış edir.

Onların dediyinə görə kombinin qəfil soyuması, sönməsi və digər problemlərin baş qaldırması qazla əlaqədardır.

Şikayətlərin daha çox gəldiyi Bakıətrafı qəsəbələrdə fərdi evlərdə kombilərin sıradan çıxması halları çoxalıb.

Qəfil nasazlaşan kombi ev sahibini soyuq havada çətin duruma salır. Bəzən kombi ustasının müraciət olunan ünvana vaxtında yetişməməsi ev sahibinin durumunu daha da ağırlaşdırır.

Usta yetişəndə isə problemin əsl səbəbi aydın olur. Sən demə kombinin tez-tez sıradan çıxmasına səbəb qazın keyfiyyətinin qənaətbəxş olmaması və qazın tərkibindəki lazımsız çıxıntılardır.

Hər halda bunu kombi ustaları dilə gətirir. Bəhanə yaxud həqiqətdir deyə bilmərik. Bunu qazı əhaliyə tədarük edən və qazın keyfiyyəti ilə bağlı monitorinq aparan qurumlar daha doğru bilər. 

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Bizim.Media-ya qızın keyfiyyətində hər hansı dəyişikliyin olmadığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

''Azəriqaz''da İctimai Şura yaradılır


“O usta dediyinə görə məsuliyyət daşıyırmı? Bu, artrıq ittihamdır. Qazın keyfiyyəti QOST 5542-2014 standartı ilə tənzimlənir. Bu standart “Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən həyata keçirilir.

Belə ki, institut hər ay qazın götürüldüyü mənbədən analizlər götürülər və bunu sertifikatlaşdırırlar.

Onun bir surəti də bizə təqdim olunur. Qazın tərkibi təhlükəli yanacaq növüdür. Kim o riskə və məsuliyyətin altına girə bilər ki, keyfiyyətsiz yanacaq növünü əhaliyə versin. Qazın keyfiyyətində hər hansı problem yoxdur”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO