Dövlət başçısı: “Qarabağ və Şərqi Zəngəzurda 10 kəndin təməli qoyulub” - VİDEO

Dövlət başçısı: “Qarabağ və Şərqi Zəngəzurda 10 kəndin təməli qoyulub” - VİDEO

Hazırda oxunan: Dövlət başçısı: “Qarabağ və Şərqi Zəngəzurda 10 kəndin təməli qoyulub” - VİDEO

135200

“Mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda bir çox tədbirlər keçirilib, 10 kəndin təməli qoyulub, bir çox açılışlar həyata keçirilib”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

“On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır”, - deyə dövlət başçısı vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO