“Heydər Əliyev ilk dəfə “Nəsimi” filminə baxdıqdan sonra deyib ki, bu oğlandan (sözügedən ekran əsərində Nəsimi obrazını canlandıran Xalq artisti Rasim Balayev – red.) muğayət olun”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev “ATV səhər” verilişinə müsahibəsində deyib.
Sənətkar bildirib ki, Ümummilli Lider siyasətə gəldikdən sonra Azərbaycan kinosu dirçəlib:
“Heydər Əliyevdən o qayğını da hər zaman hiss etmişəm. Məndə arxayınçılıq yox, məsuliyyət hissi yaranıb. Tək məndə yox, bütün sənəd adamları bilirdilər ki, Heydər Əliyev bütün teatr tamaşalarının premyeralarını izləyir. Gəlib aktyorlarla söhbət edir. Bilirdik ki, bütün filmləri Ulu Öndər baxıb, bizimlə müzakirə edir. Ona görə hamı məsuliyyətli idi. O siyasətə 1969-cu ildə gəldi. 1970-ci ildən başlayaraq 2000-ci ilə qədər Azərbaycan kinosu qaynar həyat keçdi. Çoxlu tarixi filmlər çəkildi”.
Rəşad Əliyev, Bizim.Media