Xocalı canisinin məhkəməsi başladı

Xocalı canisinin məhkəməsi başladı

Hazırda oxunan: Xocalı canisinin məhkəməsi başladı

134946

Mayın 8-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan bloku” fraksiyasının rəhbəri (Xocalı canisi-M.) Seyran Ohanyan, həmçinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin keçmiş komandiri Qriqori Xaçaturov və daha 11 nəfərə qarşı cinayət işinə baxmağa başlayıb. 

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərin tərəfdarları, o cümlədən həlak olan hərbçilərin valideynləri məhkəmə binası qarşısında toplaşıblar. 

Xatırladaq ki, Seyran Ohanyan bir neçə epizodda külli miqdarda mənimsəmədə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Milli Assambleya baş prokurorun vəsatətləri əsasında fevralın 8-də Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verib. 

Qriqori Xaçaturov vəzifə səlahiyyətlərindən istifadə edərək cinayət yolu ilə əldə edilmiş xüsusilə iri daşınmaz əmlakı leqallaşdırmaqda (çirkli pulların yuyulmasında) ittiham olunur. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO