Britaniya səfiri:

Britaniya səfiri: "Avroviziya"da Azərbaycan təmsilçilərinə azarkeşlik edəcəyəm - VİDEO

Hazırda oxunan: Britaniya səfiri: "Avroviziya"da Azərbaycan təmsilçilərinə azarkeşlik edəcəyəm - VİDEO

134935

"Bu şənbə biz Ukraynanın əvəzinə “Avroviziya” Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyik. Təəssüf ki, Rusiyanın təcavüzünə görə rəsmi Kiyev bu yarışı öz ərazisində keçirə bilmir".

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld İctimai televiziyaya müsahibəsi zamanı deyib. 

Onun sözlərinə görə, “Avroviziya” Mahnı Müsabiqəsi bütün Avropa üçün bir əyləncədir.

Liverpulda artıq onun açılış mərasimi keçirilib. İndiki zamanda belə tədbirin keçirilməsi həm də Ukraynada baş verənlərə diqqət çəkmək üçün bir fürsətdir:

"Əlbəttə ki, bu, musiqi və mədəniyyət, inklüzivlik bayramıdır. Çox şadam ki, cəmi bir neçə həftə əvvəl Azərbaycanın bu yarışdakı təmsilçiləri Tural və Turan ilə Zaqatalada görüşə bildim. Sabah keçiriləcək ilk yarımfinalda onlara azarkeşlik edəcəyəm".
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO