Şakira Tom Kruzla SEVGİLİDİR? - FOTO

Şakira Tom Kruzla SEVGİLİDİR? - FOTO

Hazırda oxunan: Şakira Tom Kruzla SEVGİLİDİR? - FOTO

134911

Futbolçu Jerar Pikenin xəyanəti ilə üzləşdikdən sonra başı qara buludlar alan dünya pop səhnəsinin ulduzu Şakiranın Hollivud ulduzu ilə eşq yaşadığı iddia edilib. 

Bizim.Media xəbər verir ki, dünya mətbuatında sənətçinin kinoulduz Tom Kruzla münasibətdə olduğu ilə bağlı şayiələr yayılıb. 

Məlum olub ki, ötən gün müğənni Mayamidə keçirilən “Formula- 1 Qran Prisi”nə baş çəkib. Şakira orada Hollivud ulduzu Tom Kruzla bir araya gələrək, birlikdə əyləniblər. Həmin anlar paparasilər tərəfindən lentə alınmasa da, lakin tərəfləri bir yerdə görənlər olub.  
Qeyd edək ki, Şakira və Jerar Pike 12 illik münasibətdən sonra ötən yay ayrılıblar. Ayrıldıqdan sonra Şakira oğulları Saşa və Milanla birlikdə Mayamiyə köçüb.  




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO