Azərbaycan Ordusunun döyüş hazırlığı yoxlanıldı – FOTO  

Azərbaycan Ordusunun döyüş hazırlığı yoxlanıldı – FOTO  

Hazırda oxunan: Azərbaycan Ordusunun döyüş hazırlığı yoxlanıldı – FOTO  

134906

2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun hərbi hissələrində komanda-qərargah təlimləri keçirilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Təlimlərdə tapşırıqların icrası ilə bağlı fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, bölmələrin qarşılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılıb.

Həmçinin qəbul edilmiş qərarlara dair tapşırıqlar kompüter üzərində icra edilərək qiymətləndirilib, komandirlər tərəfindən qərarların məruzələri dinlənilib. 

Komanda-qərargah təlimlərinin keçirilməsində əsas diqqət bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətinin və çevik qərar qəbuletmə bacarıqlarının artırılmasına, eləcə də qərargahların fəaliyyətinin və bölmələr arasında qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsinə yönəldilib. 
Təlimlərdə qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib. 






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO