Köçəryanın ABŞ-a “emiqrasiya”sı ilə bağlı RƏSMİ AÇIQLAMA

Köçəryanın ABŞ-a “emiqrasiya”sı ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Köçəryanın ABŞ-a “emiqrasiya”sı ilə bağlı RƏSMİ AÇIQLAMA

134797

Xəbər verdiyimiz kimi, Ermənistanın “Hraparak” qəzeti eks-prezident Robert Köçəryanın bütün ailəsi ilə birlikdə Ermənistanı tərk edərək ABŞ-a köçəcəyi barədə belə məlumat yayıb:

“...Daimi şayiələr yayılır ki, Robert Köçəryan bütün ailəsi ilə Ermənistanı tərk etmək niyyətindədir. Kiçik oğlu hazırda həyat yoldaşı ilə birgə ABŞ-a köçmək qərarına gəlib. Onun üç övladı ABŞ-da, digərləri isə Yunanıstanda doğulub. Hətta mümkün olan biznesləri də xaricə transfer olunur. Əminik ki, Robert Köçəryanın ofisi xəbəri həvəslə təkzib edəcək”.

Bizim.Media xəbər verir ki, Köçəryanın ofisi isə tələm-tələsik bu informasiyaya münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Robert Köçəryan ailəsi ilə birlikdə ABŞ-a köçür - FOTO


“Sözügedən KİV-in mətni həqiqətən unikaldır: istifadə olunan sözlərin sayı ilə müqayisədə biz bu qədər dezinformasiya bolluğunu görməmişik. Belə yalan başqa heç yerdə yoxdur. Oxucunu bu materiala təbəssümlə yanaşmağa dəvət edirik”. Ofisin rəhbəri Baqrat Mikoyan belə deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO