Tovuzda avtomobil yandı - FOTO

Tovuzda avtomobil yandı - FOTO

Hazırda oxunan: Tovuzda avtomobil yandı - FOTO

134765

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaş Samir Əliyevə məxsus "VAZ-21011" markalı minik avtomobilində baş verdiyi müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrikinin və salonun yanar hissələri yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO