Cüdoçularımız Avropa Kubokunda 16 medal qazandı - FOTO

Cüdoçularımız Avropa Kubokunda 16 medal qazandı - FOTO

Hazırda oxunan: Cüdoçularımız Avropa Kubokunda 16 medal qazandı - FOTO

134764

Göygöldə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 6 qızıl, 5 gümüş və 5 bürünc medal əldə edib. 

Bizim.Media xəbər verir ki, turnirin ilk günü 8 çəki dərəcəsində 138 cüdoçu medallar uğrunda mübarizə aparıb. Qızların yarışında -40 kq., -44 kq., 48 kq. və -52 kq. çəki dərəcəsində oğlanların yarışında isə -50 kq., -55 kq., 60 kq. və -66 kq. çəki dərəcələrində medalçılar bəlli olub. 

Qızlar 

-40 kq. çəkidə 
Nigar Məmişova qızıl medal 
Xədicə Abdullayeva bürünc medal 
Gülşən Hüseynova bürünc medal 

-44 kq. çəkidə 
Aytac Yoçuzadə gümüş medal

-48 kq. çəkidə
Vüsalə Hacıyeva qızıl medal

-52 kq. çəkidə
Xədicə Qədəşova gümüş medal

Oğlanlar

-50 kq. çəkidə
Nihad Məmişov qızıl medal 
Məhəmməd Məmişov gümüş medal

-55 kq. çəkidə
Mirxaliq İskəndərov qızıl medal 
Fərid Qarayev gümüş medal 
Ayxan Mirzəzadə bürünc medal 
Murad Fətullayev bürünc medal

-60 kq. çəkidə 
Məhəmməd Musayev qızıl medal 
Xanəhməd Şərifov bürünc medal

-66 kq. çəkidə 
Cəsur İbadlı qızıl medal 
Mehdi Cəfərov gümüş medal.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO